Azərbaycan Ordusunun mövqeləri atəşə tutuldu

Hərbi

01.04.2025 08:30

1190

Martın 31-i saat 17:00-dan aprelin 1-i saat 04:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər və Gorus rayonlarının Zərkənd, Zod, Aşağı Şorca, Yuxarı Şorca, İstisu, Xanazax və Xəznəvar yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Bu barədə TodayPress-ə Müdafiə Nazirliyindən bildirilib.

tag: Azərbaycan,Ordu, Silahlı Qüvvələr,Mövqe,Atəş,Todaypress.az,