Azərbaycan-İtaliya hərbi pilotları arasında ekspert görüşü keçirildi

Hərbi

09.04.2025 17:07

9

Azərbaycan Hərbi Hava Qüvvələri ilə İtaliya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, hərbi pilotların təcrübə mübadiləsi çərçivəsində ekspert görüşü keçirilib.

TodayPress xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

“Təkmil uçuş təlimi sahəsi üzrə ekspert görüşü” zamanı 4-cü və 5-ci nəsil döyüş təyyarələrinin pilotlarının təməl və təkmil səviyyəsində hazırlığı, eləcə də “Beynəlxalq təlim məktəbi” haqqında tərəflərin təqdimatları dinlənilib.

Görüşdə qarşılıqlı təcrübə mübadiləsi məqsədilə bu cür tədbirlərin keçirilməsinin əhəmiyyəti xüsusi qeyd edilib.

tag: Azərbaycan,İtaliya,Pilotlar,Görüş,Todaypress.az,