Azərbaycan ilə Bosniya və Herseqovina arasında hərbi əməkdaşlıq müzakirə edildi
Martın 17-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Bosniya və Herseqovinanın Nazirlər Şurası sədrinin müavini və müdafiə naziri Zukan Helezin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə TodayPress-ə Müdafiə nazirliyindən məlumat verilib.
Qonaqlar əvvəlcə Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını ziyarət edərək əklil və gül dəstələri qoyub, xatirələrinə dərin ehtiram nümayiş etdiriblər.
Zəfər parkına gələn Bosniya və Herseqovina nümayəndə heyəti Zəfər abidəsinin önünə əklil qoyub.
Müdafiə Nazirliyində təşkil edilən rəsmi qarşılanma mərasimində fəxri qarovul dəstəsinin önündən keçiddən sonra hər iki ölkənin Dövlət himnləri səsləndirilib və protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb.
tag: Müdafiə Nazirliyi,Azərbaycan,Bosniya, Herseqovina,Görüş,Todaypress.az,