Azərbaycan Hərbi Dəniz Qüvvələri Komandanı vəzifəsinin icraçısının adı açıqlandı - FOTO
Hərbi
18.12.2024 18:34
Birinci dərəcəli kapitan Şahin Məmmədov Hərbi Dəniz Qüvvələri komandanı vəzifəsini müvəqqəti icra edir.
Məlumatı TodayPress-ə Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə əlaqələr xidmətindən təsdiq ediblər.
Qeyd edək ki, Şahin Məmmədov bundan əvvəl də Hərbi Dəniz Qüvvələrinə rəhbərlik edib. Belə ki, 2014-cü il martın 31-də müdafiə nazirinin əmrinə əsasən, Azərbaycan Hərbi Dəniz Qüvvələri Komandanı vəzifəsinin icrası ona tapşırılıb. Ş.Məmmədov 2016-cı il martın 29-na qədər bu vəzifəni icra edib.
tag: Şahin Məmmədov,Hərbi Dəniz Qüvvələri,Komandan,todaypress.az,