Azərbaycan "dünyanın ən güclüləri" siyahısında yer aldı

Hərbi

28.10.2024 09:32

Azərbaycanın Silahlı Qüvvələri dünyanın ən güclü ordularının reytinqində yer alıb.

TodayPress xəbər verir ki, bu barədə ABŞ-nin “U.S. News and World Report” nəşri məlumat yayıb. 

Siyahının ilk sıralarında Rusiya, ABŞ, İsrail, Çin, Böyük Britaniya, Almaniya, Türkiyə, Ukrayna orduları yer alıb.

Azərbaycan Ordusu siyahıda 29-cu yerdə qərarlaşıb.

Qeyd edək ki, Banqladeş siyahıda 30-cu, Kolumbiya 31-ci, Kanada 32-ci, İtaliya 34-cü yeri tutur. Ermənistan və Gürcüstan isə siyahıda yer almayıblar.


tag: Azərbaycanın Silahlı Qüvvələri , Dünya, Reytinq, ABŞ, Çin, Almaniya, todaypress.az,