Azad olunan ərazilərdən tapılan minaların sayı açıqlandı
Hərbi
03.06.2024 20:22
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə aylıq məlumatı açıqlayıb.
TodayPress xəbər verir ki, ANAMA-dan verilən məlumata görə, mayda Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 251, tank əleyhinə 141 mina və 1068 ədəd partlamamış hərbi sursat aşkarlanıb.
Nəticədə 48392618 m² (4839.3 ha) ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
tag: Mina,ANAMA, Tərtər,Şuşa,todaypress.az,