Azad edilmiş ərazilərdə ötən ay 549 mina aşkarlandı – ANAMA
İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə iyun ayı üzrə məlumat açıqlanıb.
ANAMA-dan TodayPress-ə verilən məlumata görə, iyun ayında Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 278 piyada əleyhinə mina, 271 tank əleyhinə mina, 1695 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Qeyd olunub ki, 5 675,5 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
tag: ANAMA, Mina, PHS, Silah,todaypress.az,