Azad edilmiş ərazilərdə daha 86 mina zərərsizləşdirildi
Hərbi
09.09.2024 15:52
İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (02.09.2024 - 08.09.2024) açıqlanıb.
ANAMA-dan TodayPress-ə verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 21 piyada əleyhinə mina, 65 tank əleyhinə mina, 1583 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 907,1 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
tag: Mina, ANAMA, Azərbaycan, İşğal,Döyüş Sursatları, todaypress.az,