Azad edilmiş ərazilərdə 207 mina aşkarlandı
Hərbi
12.08.2024 16:00
İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (05.08.2024 - 11.08.2024) məlumat açıqlanıb.
ANAMA-dan TodayPress-ə verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 163 piyada əleyhinə mina, 44 tank əleyhinə mina, 10 040 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 1 224,3 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
tag: ANAMA, Mina, PHS, Xankəndi, Xocalı, Xocavənd, todaypress.az,