Avtomat tüfəng ilə təchiz edilən ROBOT İTLƏR
Hərbi
01.06.2024 17:33
Kamboca ilə bu yaxınlarda keçirilən hərbi təlimlər zamanı Çin ordusu üzərinə avtomat tüfəng quraşdırılmış robot itləri nümayiş etdirib.
TodayPress xəbər verir ki, Çinin dövlət yayım qurumu olan CCTV-də robot itlərlə bağlı məlumat verilib.
“Yeni texnologiya robotlarımız xüsusilə şəhər döyüş əməliyyatlarımızda kəşfiyyat tapşırıqlarını yerinə yetirmək və cəbhədən hücumlar həyata keçirmək üçün ordu təlimlərimizdə iştirak edib” deyə CCTV qeyd edib.
Çin və Kamboca “Golden Dragon 2024” təlimi zamanı robot itin uzaqdan operatorun nəzarəti altında yeridiyi, uzandığı, geriyə doğru hərəkət etdiyi və təyin olunmuş hədəflərə atəş açdığı anları paylaşıb.
CCTV-nin verdiyi məlumata görə, çəkisi 50 kiloqram olan robot it üzərinə yerləşdirilən tüfənglə uzaqdan idarə oluna bilir. Nişan alıb hədəfi vuran robotun batareyası 4 saat işləyir. (ordu.az)
tag: Dünya, Çin, Robot, it, Golden Dragon, todaypress.az,