Avropa özəl raket şirkətlərinə maliyyə ayırdı
Hərbi
21.11.2024 11:58
Avropa Kosmik Agentliyi (ESA) özəl raket şirkətlərinin maliyyələşdirilməsinə 44,2 milyon avro ayırıb.
TodayPress xəbər verir ki, bu barədə “European Spaceflight” məlumat yayıb. Nəşrin hesablamalarına görə, “Orbex” şirkəti 5,6 milyon avro, “Isar Aerospace” 15 milyon, “RFA” və “HyImpulse” şirkətləri isə 11,8 milyon avro alacaq.
Təqdim olunan vəsaitin startaplar tərəfindən yaradılan kosmik raketlərin uçuş sınaqlarından əvvəl artan xərclərin şirkət büdcələrinə təzyiqini azaltmaq üçün istifadə edilməsi təklif edilir.
Günəş Mərd
tag: Avropa,European Spaceflight, RFA, Orbex, Kosmik, todaypress.az,