"Araz-2024" birgə taktiki təlimi başa çatdı - FOTO
Hərbi
28.11.2024 16:21
İran İslam Respublikasının Ərdəbil vilayətinin Aslanduz yaşayış məntəqəsi yaxınlığında Azərbaycan Ordusu Quru Qoşunlarının və İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunlarının xüsusi təyinatlılarının iştirakı ilə keçirilən "Araz - 2024" birgə taktiki təlimi başa çatıb.
TodayPress xəbər verir ki, təlimin əsas mərhələsində qeyri-qanuni silahlı qruplaşmaların yerlərinin, hərəkət istiqamətlərinin və hazırlıq vəziyyətlərinin müəyyənləşdirilməsi məqsədilə bölgə üzərində pilotsuz uçuş aparatları (PUA) tətbiq edilib, radio-elektron mübarizə və radio-elektron kəşfiyyat üzrə fəaliyyətlər icra olunub.
Şərti düşmənin müəyyən edilmiş mövqeləri sərrast artilleriya atəşi və PUA tətbiq olunması ilə məhv edilib.
Həmçinin düşmənin canlı qüvvəsinin məhv edilməsi üzrə tapşırıqlar hərbi qulluqçular tərəfindən yüksək dəqiqliklə yerinə yetirilib.
Ümumilikdə təlimin gedişatı və hərbi qulluqçuların peşəkarlığı yüksək qiymətləndirilib.
Təlimin yekununda fərqlənən bir qrup hərbi qulluqçu təltif edilib.
tag: Araz-2024, Təlim, SEPAH, Quru Qoşunları, todaypress.az,