Anti-terror əməliyyatlarında robotlardan istifadə olunacaq

Hərbi

12.08.2024 12:31

Koreya Respublikasında terrorla mübarizə əməliyyatları üçün dördayaqlı robotun hazırlanması başa çatdırılıb və ölkənin silahlı qüvvələri onun sınaqlarına başlayıb.

TodayPress xəbər verir ki, qarşıdakı altı ay ərzində hərbçilər robot-itin effektivliyini qiymətləndirəcək, bundan sonra onun istifadəsi ilə bağlı yekun qərar qəbul edəcəklər. 

Robot-it saatda 4 kilometrdən çox sürətlə hərəkət edir, hündürlüyü 20 santimetrdən çox olan maneələri dəf edə bilir. O, həmçinin müşahidə və kəşfiyyat üçün gündüz və gecəgörmə kameraları ilə təchiz olunub. Döyüş tapşırıqlarını yerinə yetirmək üçün robot uzaqdan idarə olunan odlu silahlarla da təchiz edilə bilər.

tag: Koreya, Robot-İt, Anti-Terror, Əməliyyatlar, Hərbçilər, todaypress.az,