Almaniyanın hava məkanını “Eurofighter” qoruyacaq

Hərbi

05.06.2024 15:54

Almaniya daha 20 ədəd “Eurofighter” qırıcısı almağa hazırlaşır.

TodayPress TASS-a istinadən xəbər verir ki, bunu Almaniya Kansleri Olaf Şolts deyib.

"Biz artıq sifariş edilən 38 təyyarəyə əlavə olaraq 20 ədəd “Eurofighter” qırıcısı alacağıq” deyə o bildirib.

Kansler onların çatdırılma tarixini açıqlamayıb.

Qeyd edək ki, hazırda Almaniyada 138 “Eurofighter” qırıcısı var.

Nərmin Tuncay

tag: Almaniya, Eurofighter, TASS, Olaf Şolts, todaypress.az,