Almaniya üç hərbi peyk almağı planlaşdırır
Hərbi
10.06.2024 10:16
Almaniya öz silahlı qüvvələri üçün 2,1 milyard avro dəyərində üç peyk almağı planlaşdırır.
TodayPress xəbər verir ki, ölkədə deputatların iyunun 12-də məsələ ilə bağlı səsvermə keçirməsi gözlənilir.
Onlar həmçinin, müdafiəni gücləndirmək üçün təxminən üç milyard avro dəyərində iki “F126” sinifli freqatın alınmasına icazə verə bilərlər.
Qeyd edək ki, rəsmi Berlin dünyada gərginliyin yüksəlməsi fonunda hərbi xərclərini kəskin artırmağı planlaşdırır.(oxu.az)
tag: Almaniya, Peyk, Berlin, Hərbi, todaypress.az,