Almaniya müharibəyə hazır olmalıdır - MN

Hərbi

05.06.2024 18:05

“Almaniya 2029-cu ilə qədər müharibəyə hazır olmalıdır”.

TodayPress yerli KİV-ə istinadən xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Pistorius Bundestaqda deyib.

“2029-cu ilə qədər müharibəyə hazır olmalıyıq. Üç məsələ əsasdır: Kadrlar, materiallar və maliyyə. Ölkənin yenidən müharibə apara bilməsi üçün orduya əhəmiyyətli investisiyalar lazımdır” deyə Pistorius qeyd edib.

Onun sözlərinə görə, Ukraynadakı münaqişə davam etdiyi müddətdə Berlin rəsmi Kiyevi dəstəkləməyə hazır olacaq.

Günəş Mərd

tag: Almaniya, Pistorius Bundestaqda, Ukrayna, Müharibə, todaypress.az,