Almaniya 2024-cü ildə ÜDM-nin 2,12 faizini müdafiə məsələlərinə ayırdı
Hərbi
04.12.2024 11:56
Federal hökumət son illərdə müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırıb. Almaniya 2024-cü ildə ümumi daxili məhsulunun (ÜDM) 2,12 faizini müdafiə üçün xərcləyəcək.
TodayPress xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin Brüsseldə keçirilən toplantısına dair açıqlamasında qeyd olunub.
Açıqlamada ümumilikdə 23 NATO müttəfiqinin müdafiə büdcəsinin ümumi daxili məhsulun 2 faizinə çatdığı vurğulanıb.
“Biz, həmçinin Litvada daimi dislokasiya olunacaq döyüşə hazır briqadanın formalaşdırılmasına başlamışıq. 2023-cü ildə biz ilk dəfə Almaniyada milli təhlükəsizlik strategiyasını qəbul etdik. Biz inteqrasiya edilmiş təhlükəsizlik siyasətimizlə tərəfdaşlarımız, qonşularımız və müttəfiqlərimizlə Avropada və dünyada sülhə və təhlükəsizliyə töhfə vermək istəyirik” deyə Almaniya Xarici İşlər Nazirliyinin açıqlamasında qeyd olunub.
Dekabrın 4-dək davam edəcək NATO xarici işlər nazirlərinin toplantısında Ukraynaya dəstək məsələsi müzakirə olunur.
tag: Litva, Briqada, Almaniya, NATO, todaypress.az,