pilotsuz təyyarələr ordusu yaratmağa hazırlaşır

Hərbi

13.12.2024 14:09

Avropa İttifaqı (Aİ) assosiasiya ölkələri tərəfindən tələb olunarsa, pilotsuz uçuş aparatları (PUA) ordusunun yaradılması məsələsinə baxmağa hazırdır. 

TodayPress xəbər verir ki, bu sözləri "RND"yə müsahibəsində Avropanın müdafiə məsələləri üzrə komissarı Andrius Kubilius deyib.

“Mən artıq görürəm ki, bir çox Aİ ölkələri dronların çox vacib olduğuna inanır. Üzv ölkələr bunu istəsələr, müvafiq təklifi nəzərdən keçirəcəyik” deyə Kubilius bildirib.

Avropa komissarı həmçinin Avropa ölkələrini NATO ilə sıx əməkdaşlığa çağırıb və vurğulayıb ki, PUA ordusunun yaradılmasına dair qərar alyans çərçivəsində qəbul edilməlidir. 

Kubiliusun sözlərinə görə, PUA-lar hərbi əməliyyatların gedişatını dəyişə bilər və buna görə də hərbçilərdən PUA-ların istehsalının artırılması ilə bağlı müraciətləri dinləmək lazımdır.

Töhfə Səməd

tag: Avropa İttifaqı ,Pilotsuz, Təyyarə, Ordu, todaypress.az,