ABŞ strateji müqavilə imzalayacaq

Hərbi

31.10.2024 18:45

Bu ilin sonuna qədər ABŞ Hərbi Hava Qüvvələri (USF ) “Northrop Grumman” şirkəti ilə “B-21 Raider” strateji bombardmançılarının bir partiyası üçün müqavilə imzalamağı planlaşdırır. 

TodayPress xəbər verir ki, bu barədə “RİA” yazır.

Agentliyin məlumatına görə, təyyarə 2025-2027-ci illərdə istismara veriləcək. Qeyd edilir ki, bu bombardmançıların qiyməti xeyli artıb.

Qeyd edək ki, “B-21 Raider” ilk uçuş modelinin yığılması 2019-cu ilin sentyabrında başlayıb və ilk dəfə 2 dekabr 2022-ci ildə geniş ictimaiyyətə təqdim edilib. 

Hazırda təxminən onlarla belə bombardmançı var.

“B-21”in qanadlarının uzunluğu 45 metrdir. Təyyarə səssizdir. Qırıcı doqquz tona qədər silah yerləşdirə bilər. O, göyərtəsində nüvə silahı daşımağa qadirdir.

Günəş Mərd

tag: ABŞ,B-21 Raider, Uçuş, Qırıcı,Hərbi Hava Qüvvələri , todaypress.az,