722 hektar ərazi minalardan təmizləndi
Hərbi
16.12.2024 16:17
Azad olunan ərazilərdə dekabrın 9-15-də 24 tank əleyhinə mina, 73 piyada əleyhinə mina, 612 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
TodayPress xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.
Məlumata əsasən, 722 hektar ərazi minalardan təmizlənib.
Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində həyata keçirib.
tag: ANAMA ,Müdafiə ,Fövqəladə, Mina, todaypress.az,