4 fərqli sistem Quru Qoşunları Komandanlığına təhvil verilib
Hərbi
26.05.2024 15:31
Türkiyə müdafiə sənayesi Türkiyə Silahlı Qüvvələrinə yerli silah, sensor və rabitə sistemlərini çatdırmağa davam edir.
TodayPress xəbər verir ki, son olaraq eyni həftə ərzində 4 fərqli sistem Türkiyə Quru Qoşunları Komandanlığına təhvil verilib.
Belə ki, OMTAS tank əleyhinə raketi, MAM-L mini ağıllı sursatı, “Avcı” dəbilqəyə quraşdırılmış nişangahı və çoxdiapazonlu rəqəmsal müştərək radiostansiya Türkiyə Silahlı Qüvvələrinə təhvil verilib.
ROKETSAN tərəfindən inkişaf etdirilən OMTAS orta mənzilli tank əleyhinə raketdir. Müasir zirehli hədəflərə qarşı təsirli olacaq şəkildə hazırlanmış bu raket həm “atdım-unutdum”, həm də “atdım-yenilədim” imkanlarına malikdir.
Digər tərəfdən, OMTAS hədəf zirehli platformanı birbaşa şəkildə və ya zirehlərinin ən incə olduğu hissədən vurmaq qabiliyyətinə malikdir.
tag: roketsan, OMTAS, hərbixəbər, Avcı,