1 həftəyə 135 mina zərərsizləşdirildi

Hərbi

10.06.2024 15:14

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (03.06.2024 - 09.06.2024) açıqlanıb.

ANAMA-dan TodayPress-ə verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 88 piyada əleyhinə mina, 47 tank əleyhinə mina, 615 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1362,3 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

tag: Mina, Azərbaycan Respublikası, Ərazi, todaypress.az,