1 həftə ərzində 203 piyada əleyhinə mina zərərsizləşdirildi - ANAMA

Hərbi

25.11.2024 14:40

Azad olunan ərazilərdə noyabrın 18-dən 24-dək 10 tank əleyhinə mina, 203 piyada əleyhinə mina, 862 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

TodayPress xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında qeyd olunub.

Bildirilib ki, həftə ərzində 1 457,4 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində həyata keçirib.

tag: ANAMA, Azərbaycan, FHN, DSX,Mina, todaypress.az,