Zərdabda yol-nəqliyyat hadisəsi baş verdi, xəsarət alanlar var

Hadisə

20.11.2024 23:26

Zərdabda yol-nəqliyyat hadisəsi baş verib.

TodayPress xəbər verir ki,. hadisə Zərdab-Ağcabədi magistral yolunda qeydə alınıb. Belə ki, Aqil Cəbrayılovun idarə etdiyi “VAZ-21011” markalı avtomobillə Nazim Umudovun idarə etdiyi “Mercedes” markalı minik maşını ilə toqquşub.

Nəticədə “Mercedes”də olan qadın sərnişin, VAZ-da olan sürücü müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Zərdab Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

 

tag: VAZ-2107, Zərdab, Qəza, Təcili Yardım, todaypress.az,