Zərdabda oğurluq etmək istəyən şəxs saxlanıldı - FOTO

Hadisə

04.11.2024 09:42

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan TodayPress-ə  verilən məlumata görə, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə oktyabrın 27-də gecə saatlarında rayon ərazisində yerləşən obyektlərin birində quraşdırılan ödəmə terminalından oğurluğa cəhd göstərən Nicat Gülmalıyev müəyyən edilərək saxlanılıb.

Faktla bağlı Zərdab RPŞ-də cinayət işi başlanılıb, araşdırma aparılır.

tag: Oğurluq, Zərdab, Polis, Araşdırma, todaypress.az,

photo