Zəngilanda hadisə nəticəsində magistiral yol bağlandı

Hadisə

12.01.2025 14:15

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Zəngilan rayonu Zəngilan-Mincivan yolunun 10-cu km-də irigövdəli ağacın aşması və nəticədə magistiral yolun bağlanması barədə məlumat daxil olub.

TodayPress xəbər verir ki, daxil olan məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Zəngilan rayon Yanğından Muhafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri çağırış ünvanına cəlb olunublar.

Xilasedicilər müvafiq vasitələrlə aşmış ağacı hissələrə kəsilərək yoldan götürülməsini, bununla da magistral yolda sərbəst hərəkətin bərpasını təmin ediblər.

tag: FHN,Zəngilan ,Yol,Ağac,Zəngilan-Mincivan ,todaypress.az,