Zəngilanda 1 ton yabanı çətənə bitkisi məhv edildi

Hadisə

24.10.2024 11:20

Zəngilanda 1 ton yabanı çətənə bitkisi məhv edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan TodayPress-ə verilən məlumata görə, Zəngilan Rayon Polis Şöbəsi Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ilə birgə "Xaş-xaş 2024" planına uyğun olaraq tədbir keçirilib.

Tədbir zamanı Yenikənd kəndi ərazisində yabanı halda bitən 1 ton çətənə bitkisi toplanılaraq məhv edilib.

tag: Zəngilan, DİN, Xaş-Xaş, Yenikənd,Yabanı Bitki, todaypress.az,