Zəlzələyə görə qatarların hərəkət sürəti aşağı salındı
Hadisə
05.09.2024 13:07
Azərbaycanda dəmir yolu infrastrukturunda aparılan texniki diaqnostika ilə əlaqədar olaraq qatarların hərəkət sürəti qismən aşağı salınıb.
TodayPress xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC (ADY) məlumat yayıb.
Bildirilib ki, səhmdar cəmiyyət zəlzələ ilə bağlı yol infrastrukturuna kompleks baxış keçirir.
Belə ki, bu gün saat 10:45-də Biləsuvarda baş vermiş zəlzələdən dərhal sonra ADY-nin Fövqəladə Hallar Komissiyası cənub zonasında müvafiq infrastruktur obyektlərinə texniki baxışın keçirilməsinə başlayıb, süni mühəndis qurğularının (körpülər, keçidlər, tunellər və s.) vəziyyəti yoxlanılır. ️
tag: Azərbaycan, Biləsuvar,Azərbaycan Dəmir Yolları,Fövqəladə Hallar Komissiyası, todaypress.az,