Zaqatalaya toya gedən kişi qazdan boğuldu

Hadisə

17.04.2025 07:12

10

Bakıdan Zaqatalaya toya gələn 35 yaşlı kişi qazdan zəhərlənərək ölüb.

TodayPress xəbər verir ki, hadisə günorta saatlarında Zaqatala şəhəri Cəfər Cabbarlı küçəsində dördmərtəbəli yaşayış binasının birinci mərtəbəsindəki mənzildə qeydə alınıb.

Əslən Zaqataladan olan, Bakı şəhərində yaşayan 35 yaşlı Anar Abdullayevin meyiti qohumuna məxsus mənzilin hamamının qarşısında aşkar olunub.

Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.

A.Abdullayev üç gün öncə yaxın qohumlarının toy məclisində iştirak etmək üçün Bakıdan Zaqatalaya gəldiyi, dünən toyda iştirak etdiyi bildirilir.

tag: Bakı, Zaqatala, Meyit ,Kişi, Hamam, Boğulma, Toy, todaypress.az,