Zaqatalada yeni doğulan körpə öldü
Hadisə
10.11.2024 00:03
Zaqatalada
daha bir yeni doğulan körpə ölümü qeydə alınıb.
TodayPress apa-ya istinadən xəbər verir ki, Zaqatala şəhərində
anadan olan və rayonun Cimcımax kəndinə gəlin köçən 19 yaşlı Cəmilə Elman qızı
Əliyeva bu gün dünyaya uşaq gətirmək üçün axşam saat 18 radələrində Zaqatala
RMX-nın doğum şöbəsinə daxil olub.
Əliyeva doğum
şöbəsinə daxil olduqdan iki saat sonra həkim mama-ginekoloq Yeganə
Bayraməliyeva iştirakı ilə təbbi doğuş baş tutub. Doğuş zamanı ölü qız uşağı
doğulub.
Cəmilə Əliyevanın
valideyinlərinin verdiyi məlumata görə, qızı Əliyevanın hamiləlik dövründə
həkimi mama-ginekoloq Rəna Sultanova olub.
Doğuşa kimi
yoxlamalar zamanı R. Sultanova həmiləliyin normal keçməsi bərədə məlumat verib.
Hətta bu gün
axşam saatlarında C. Əliyevanın doğum şöbəsinə qəbul edilən zaman yoxlanışda
ana bətnində uşağın ürək döyüntülərinin zəif olması barədə valideyinlərə
məlumat verilib.
Lakin doğuşdan
sonra dərhal valideyinlərə uşağın ana bətnində bir-neçə gün əvvəl öldüyü
bildirilib.
Cəmilə Əliyevanın
oktyabrın sonunda ultra səs müayinəsindən keçdiyi və müayinə zamanı həmiləliyin
normal olması barədə rəy verilib.
Qeyd edək ki, son
10 gün ərazində Zaqatala RMX-nın doğum şöbəsində bu faktda daxil olmaqla üçüncü
yeni doğulan körpə ölümüdür.
Hər üç faktla
bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.
tag: Körpə, Ölüm, Zaqatala, Doğum, todaypress.az,