Zaqatalada döl ölü doğuldu - RƏSMİ
Zaqatalada doğuş zamanı körpə ölümü baş verib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) TodayPress-in sorğusuna cavab olaraq bildirilib ki, 20.04.2025-ci il tarixində saat 08:50 radələrində 1992-ci il təvəllüdlü, Muxax kənd sakini 34 həftəlik hamiləliklə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub.
"Baş gəlişi, uşaqlıqda çapıq, idiopatik trombositpenik purpura diaqnozları təyin edilən qadın dərhal əməliyyata alınıb, cinsi oğlan, çəkisi 2.700 qram, boyu 50 sm. olan ölü döl xaric olunub” deyə əlavə olunub.
Məlumata görə, hazırda ananın vəziyyəti stabildir.
Töhfə Səməd
tag: Zaqatala,Ölüm,Döl,Hamilə,todaypress.az,