Zaqatalada çay evi yandı
Hadisə
07.11.2024 07:56
Zaqatalada çay evində yanğın baş verib.
TodayPress
xəbər verir ki, axşam saat 22:00 radələrində rayonun Muxax kəndində, Cəfər
Ramazan oğlu Həsənova məxsus ümumi sahəsi 480 kv/m olan ikimərtəbəli binanın
ikici mərtəbəsində fəaliyyət göstərən çay evinin tavan hissəsində yanğın baş
verib.
Yanğının
söndürülməsi üçün əraziyə Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin
texnikaları və şəxsi heyəti cəlb olunub.
Yanğın
nəticəsində çay evinin tavan hissəsinin və binanın dam örtüyünün 60 kv/m-lik
sahəsinin yanar konstruksiyaları yanıb.
Binanın qalan
hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb. Faktla
bağlı araşdırma aparılır.
tag: Zaqatala,Yanğın, Ev, Muxax, Çay Evi, todaypress.az,