Zabratda dəmir yoluna çıxan qadını qatar vurdu
Hadisə
12.09.2024 07:45
Bu gün saat 19:18-də
Bakı-Pirşağı-Sumqayıt istiqamətində hərəkət edən sürət sərnişin qatarı Zabrat
sahəsində hərəkətdə olarkən bir qadın qəfil qatarın yoluna çıxıb.
TodayPress xəbər verir ki, bu barədə
Azərbaycan Dəmir Yolları (ADY) məlumat yayıb.
Qeyd olunub ki, maşinist tərəfindən
təcili tormozlama aparılsa da, məsafə az olduğundan hadisə qaçılmaz olub.
Stansiya əməkdaşları tərəfindən hadisə yerinə dərhal təcili tibbi yardım
briqadası çağrılsa da, həmin şəxs aldığı ağır bədən xəsarətlərindən dünyasını
dəyişib.
"ADY mərhumun ailəsinə dərin
hüznlə başsağlığı verir və bir daha insanlara çağırış edərək onları dəmir yolu
xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən keçməyə,
həyatlarını riskə atacaq hərəkətlərdən çəkinməyə çağırır. Qaydalara
riayət etmək hər bir vətəndaşın borcudur və onları pozmaq inzibati məsuliyyət
yaradır” qurumun məlumatında deyilir.
tag: Qatar, Sumqayıt, Qatar yolu, ADY,todaypress.az,