Zabratda açıq ərazidə yanğın baş verdi - FOTO
Hadisə
24.01.2025 14:20
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-in Mətbuat Xidmətindən TodayPress-ə verilən məlumata görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində açıq ərazidə baş vermiş yanğın qısa müddətdə söndürülüb.
Hadisə nəticəsində təxminən 200 m2 sahədə məişət və təkər tullantıları yanıb.
tag: FHN,Zabrat,Bakı ,Sabunçu ,112,todaypress.az,
![photo](/uploads/news/67936278db45e.jpg)