Yolu keçmək istəyən piyadanı maşın vurdu

Hadisə

09.05.2025 07:34

12

Ağstafada 40 yaşlı kişi yol qəzasında xəsarət alıb.

TodayPress-in məlumatına görə hadisə rayonun ərazisində baş verib. Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1985-ci il təvəllüdlü Y.Qocayevi vurub.

Piyada xəstəxanaya yerləşdirilib,vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

tag: Ağstafa, Kişi, Xəsarət, Piyada, todaypress.az,