Yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat sıxlığı necə yaranır?
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin müşahidə kamerasının qeydə aldığı bu qəza bir neçə dəqiqə əvvəl Nərimanov rayonu, Ziya Bünyadov prospekti, Bakı Poladəritmə Zavodunun yaxınlığında baş verib və bu səbəbdən metronun “20 Yanvar” stansiyası istiqamətində nəqliyyat sıxlığı yaranıb.
Bu barədə TodayPress-ə DİN-in NİİM-dən məlumat verilib.
Nəqliyyat vasitələrinin daha çox istifadə etdiyi çox zolaqlı belə yollarda qəza olduqda, yaranan sıxlıq bitşik digər küçə və prospektlərdə də ləngimələrə səbəb olur.
Qeyd: Mərkəzin əməkdaşlarının yol polisi ilə koordinasiyalı şəkildə gördüyü tədbirlər nəticəsində qısa müddət ərzində yolda intensivlik bərpa olunub.
tag: DİN,NİİM,Sıxlıq,Xəbərdarlıq,Todaypress.az,