Yeniyetmə qız qazdan boğuldu

Hadisə

09.04.2025 21:00

14

Bakıda yeniyetmə qız qazdan boğulub.

TodayPress-in məlumatına görə, hadisə Sabunçu rayonu ərazisində qeydə alınıb.

14 yaşlı Z. Mehdiyeva yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Mərhumun orta məktəbdə təhsil aldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

tag: Bakı, Qaz, Dəm,Yeniyetmə , Hamam, todaypress.az,