Yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkarlandı

Hadisə

18.04.2025 17:15

11

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri, İmişli və Quba rayonlarının inzibati ərazisində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub. 

Bu barədə TodayPress-ə DETX-dən məlumat verilib.

Araşdırma zamanı Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi, “Qafqaz Residence” MTK-ya məxsus ərazidə, Xətai rayonu Köhnə Günəşli qəsəbəsi General Mehmandarov küçəsində, İmişli rayonu Qulubəyli kəndi ərazisində və Quba rayonu Aşağı Xuc kəndinin Digah Xucbala bələdiyyəsinə aid torpaq sahəsində ağacların qanunsuz kəsilməsi ilə bağlı təbiətə 81 780 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. 

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.

tag: DETX,Qanunsuz,Ağac,Kəsilmə,Todaypress.az,