Yasamalda çoxmərtəbəli binada yanğın oldu - FOTO

Hadisə

25.12.2024 17:45

Bakının Yasamal rayonu, Şəfayət Mehdiyev və Mehdi Məmmədov küçələrinin kəsişməsində yanğın hadisəsi baş verib. 

TodayPress-in xəbərinə görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır.

Bu səbəbdən Mehdi Məmmədov küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub.

tag: Yasamal, Yanğın ,Bina, FHN, todaypress.az,

photo