Yasamalda ağac maşının üzərinə aşdı - FOTO

Hadisə

16.11.2024 12:14

Bakı şəhəri Yasamal rayonu Akademik Şəfayət Mehdiyev küçəsi 91-də iri gövdəli ağac aşıb. 

TodayPress xəbər verir ki, hadisə nəticədə yol kənarında dayanan 3 avtomobilə ciddi ziyan dəyib. Nəqliyyat vasiətlərinin ban hissəsi və ön şüşələri yarasız vəziyyətə düşüb. Xoşbəxtlikdən olay zamanı avtomobilin içərisində heç kim olmayıb.

Hadisə nəticəsində prospektdə avtomobil sıxlığı müşahidə olunub. Dərhal əraziyə polis əməkdaşları cəlb edilib. Təhlükəsizlik tədbirləri görülüb. Yaranan sıxlıq aradan qaldırılıb, nəqliyyatın hərəkəti nizamlanıb.

İlkin ehtimala görə, ağac quru olduğu üçün sınıb və yol kənarına düşüb.

Faktla bağlı araşdırma aparılır.

Nərmin Tuncay

tag: Hadisə,Avtomobil,Nəqliyyat, Polis, Ağac, todaypress.az,

photo
photo
photo