Yasamal rayonunda silah-sursat aşkarlandı
Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.
Bu barədə TodayPress-ə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri növbəti profilaktik tədbir nəticəsində 29 yaşlı bir nəfər 1 avtomat silahı və 30 patronu könüllü olaraq polisə təhvil verib.
Araşdırma aparılır.
tag: DİN,Silah-Sursat,Avtomat Silah ,Patron Darağı, todaypress.az,