Yasamal rayonunda çoxmərtəbəli yaşayış binası yanır

Hadisə

28.01.2025 18:28

Yasamal rayonunda çoxmərtəbəli yaşayış binası yanır.

TodayPress xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar Nazirliyin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

tag: Yasamal ,Yanğın,FHN,112,todaypress.az,