Yardımlıda saxlanılan şəxsdən tapança aşkarlandı
Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah-sursat saxlamaqda şübhəli bilinən 44 yaşlı əvvəllər dəfələrlə məhkum olunmuş Rauf Ağarəşidov saxlanılıb.
Bu barədə TodayPress-ə DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, həmin şəxsdən "Makarov" markalı tapança, 4 ədəd patron və daraq aşkarlanıb.
Faktla bağlı cinayət işi bașlanılıb, R.Ağarəşidov barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırma aparılır.
tag: DİN,Polis,Yardımlı,Tapança,Todaypress.az,
