Yağışa görə Bakı-Şamaxı yolunda avtomobillərin hərəkətində maneə yarandı

Hadisə

06.05.2025 20:40

15

Güclü yağış səbəbindən gələn sel Bakı-Şamaxı-Yevlax yolunun 78-ci kilometrliyində avtomobillərin hərəkətində müəyyən maneə yaradıb.

Bu barədə TodayPress-ə DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib.

Əraziyə polis və digər aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Yol daş və qumdan təmizləndikdən sonra hərəkətin axını əvvəlki qaydada bərpa edilib.

tag: Yağış, DİN, Nəqliyyat,Sürücü,Şamaxı, todaypress.az,