Xocavənddə ağır qəza - Ölən və yaralananlar var
Hadisə
27.09.2024 21:46
Xocavənddə
ölümlə nəticələnən ağır qəza olub.
TodayPress Trend-ə istinadən xəbər verir ki, hadisə Xocavənd rayonunun Böyük
Tağlar kəndində baş verib.
Belə ki,
hərəkətdə olan "VAZ 2106" markalı avtomobil idarəetmədən çıxaraq, yol
kənarındakı ağırtonnajlı avtomobilə çırpılıb.
Nəticədə,
avtomobildə olan sərnişinlərdən biri - 1995-ci il təvəllüdlü Yaqubov Arzuman
Yaqub oğlu hadisə yerində həyatını itirib.
Avtomobilin
sürücüsü və maşında olan digər sərnişinlər müxtəlif dərəcəli xəsarətlər alaraq
xəstəxanaya çatdırılıb.
Faktla bağlı
araşdırma aparılır.
tag: Avtomobil, Qəza, Xocavınd, Tağlar, todaypress.az,