Xocalıda qumbara partladı, 17 yaşlı oğlan xəsarət aldı

Hadisə

02.05.2025 17:53

28

İşğaldan azad edilmiş Xocalı rayonunun Xanyurd kəndi ərazisində 2025-ci il 2 may tarixində hərbi sursatın partlaması hadisəsi baş verib.   

Bu barədə TodayPress-ə Baş Prokurorluqdan məlumat verilib.

Tovuz rayonu Cəlilli kənd sakini 2008-ci il təvəllüdlü Məmmədov Aqşin Arif oğlu əlində əl qumbarasının partladıcı mexanizminin partlaması nəticəsində sağ əlindən xəsarət alıb.

Hadisə nəticəsində zərərçəkənin 3 barmağı amputasiya olunub.  Faktla bağlı Xocalı rayon prokurorluğunda araşdırma aparılır. 

Baş Prokurorluq, DİN və ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, təhlükəli əşyalara toxunmamağa, onlara müdaxilə etməməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!

tag: Xocalı,Qumbara,Partlayış,Xəsarət,Todaypress.az,