Xırdalanda sürət qatarı azyaşlını vurdu
Hadisə
22.07.2024 20:57
22 iyul tarixində saat 19:50
radələrində ADY-yə məxsus sürətli sərnişin qatarı Xırdalan stansiyasında hərəkətdə
olarkən yol kənarında anası ilə birgə dayanmış azyaşlı uşaq valideynin nəzarətindən
yayınaraq qəfil qatarın qarşısına çıxıb.
TodayPress xəbər verir ki, bu
barədə ADY-dən bildirilib.
Məlumata görə, maşinist tərəfindən
təcili tormozlama aparılsa da, məsafə az olduğundan hadisə qaçılmaz olub.
"Təəssüf hissi ilə
bildiririk ki, stansiya əməkdaşları tərəfindən hadisə yerinə dərhal təcili
yardım briqadası çağrılsa da, azyaşlı aldığı ağır bədən xəsarətlərindən həyatını
itirib.
Azyaşlının ailəsinə dərin
hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!" məlumatda vurğulanıb.
ADY bir daha insanlara çağırış edərək onları dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçirdlərindən istifadə etməklə keçməyə çağırıb:
"Qaydalara riayət etmək hər bir vətəndaşın borcudur, xüsusi ilə valideynlər yol hərəkəti qaydalarına əməl etməklə övladlarına nümunə olmalı, övladlarını nəzarətsiz buraxmamalı və onların həyatını təhlükəyə atmamalıdırlar".
tag: Xırdalan, ADY, Sürət qatarı, Hadisə, todaypress.az,