Xəzərdə gün ərzində üçüncü dəfə zəlzələ baş verdi

Hadisə

26.12.2024 11:29

Xəzər dənizində bu gün üçüncü dəfə zəlzələ qeydə alınıb.

TodayPress xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Qeyd edilib ki, təkanlar yerli vaxtla saat 10:52-də olub. 3,4 maqnitudalı zəlzələ ocağı 30 kilometr dərinlikdə yerləşib.

Bundan əvvəl saat 07.28-də 3,1 maqnitudalı, gecə saat 02:03-də isə 3,0 maqnitudalı zəlzələ baş verib. Təbii fəlakət ocaqlarının dərinliyi 30 və 63 kilometr olub.

tag: Xəzər, Zəlzələ, Maqnit,Təkan, todaypress.az,