Xəzərdə batdığı ehtimal olunan şəxsin axtarışına 2 helikopter cəlb olundu
Hadisə
31.07.2024 23:05
Dənizdə bir nəfər batıb,
axtarışa helikopterlər cəlb olunub.
TodayPress Fövqəladə
Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Bakı şəhərinin Xətai
rayonunda dənizdə nəzarətsiz ərazidə bir nəfərin batması barədə məlumat daxil
olub və məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və
Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb
olunub.
Batdığı ehtimal olunan şəxsin
axtarış əməliyyatının daha da intensivləşdirilməsi məqsədilə nazirliyin
Aviasiya dəstəsinin 2 ədəd helikopteri də axtarış işlərinə cəlb olunub.
Əlavə məlumat veriləcək.
tag: Xəzər, FHN, Helikopter, Axtarış, todaypress.az,