Xəzər və Səbail rayonlarında oğurluq edən şəxslər saxlanıldı
Xəzər rayonu ərazisində yerləşən evlərin birindən 3000 manat dəyərində radiatorlar, 2 ədəd velosiped, elektrik naqili, otbiçən maşın oğurlanıb.
Bu barədə TodayPress-ə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Xəzər RPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 41 yaşlı V.Həmidov müəyyən olunaraq saxlanılıb.
Bundan başqa, Səbail rayonu ərazisində bir mağazadan 990 manat dəyərində eynək oğurlamış 33 yaşlı S.İftikhar da saxlanılıb.
tag: DİN,Polis,Oğru,Həbs,Todaypress.az,